Cəbhədə gərginlik yaranıb: ermənilər bu silahdan atəş açıblar - FOTO

Cəbhədə gərginlik yaranıb: ermənilər bu silahdan atəş açıblar - FOTO

17 Yanvar 2017 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Müdafiə Nazirliyindən KİV-ə verilən məlumata görə, errməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.

Mediainfo.az