Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailəsi ilə görüşdü  -  Fotolar

Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailəsi ilə görüşdü - Fotolar

9 Fevral 2017 15:51
Bəyəndim (0) Bəyənmədim (0)
Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

Dövlət başçısı "Azərbaycanın Milli Qəhrəmanı" qızıl ulduzunu şəhidin atası Salman Qurbanova təqdim edib.

Azərbaycan prezidenti bütün Azərbaycanın Çingizlə fəxr etdiyini bildirib. "Mən sizə minnətdaram ki, belə gözəl övlad böyütmüsünüz, Azərbaycana bəxş etmisiniz. Ancaq Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək mükafatla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaq. Mən bu gün sizi dəvət etmişəm. Dünən Çingizin üç mərasimi verildi. Bu gün sizi dəvət etmişəm ki, bu yüksək mükafatı - Milli Qəhrəman qızıl ulduzunu sizə təqdim edim".

Ç. Qurbanovun atası Salman Qurbanov isə bildirib ki, bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə dövlət başçısı tərəfinizdən verilən qiymətdir: "Sizə dərin minnətdarlığımı bildirirəm, cənab prezident. Mən bir şəhid atası kimi, sizi əmin edirəm ki, sizin əmrinizlə bu saat da silah götürməyə, Vətənimizin torpağını azad etməyə hazıram. Çox sağ olun, cənab prezident, sizə minnətdaram".

Prezident Çingiz Qurbanovun ailəsi ilə görüşdü -  Fotolar


Prezident Çingiz Qurbanovun ailəsi ilə görüşdü -  Fotolar
Prezident Çingiz Qurbanovun ailəsi ilə görüşdü -  Fotolar
Prezident Çingiz Qurbanovun ailəsi ilə görüşdü -  Fotolar

Mediainfo.az