Məmmədyarov Moskvada naməlum əsgərin abidəsini ziyarət edib

Məmmədyarov Moskvada naməlum əsgərin abidəsini ziyarət edib

7 Mart 2017 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kreml divarları önündə naməlum əsgərin abidəsi önünə əklil qoyub, 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib.

Apa-nın Moskva müxbirinin xəbərinə görə, nazirin bu gün daha bir neçə rəsmi görüşü nəzərdə tutulub.

Qeyd edək ki, E. Məmmədyarov artıq həmkarı Sergey Lavrov və baş nazirin müavini Dmitri Roqozinlə görüşüb.

Mediainfo.az