Bu, Nikolun Kremlə qarşı açıq provokasiyasıdır - Dubnov

Bu, Nikolun Kremlə qarşı açıq provokasiyasıdır - Dubnov

30 İyul 2021 14:34
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi ilə bağlı Paşinyanın təşəbbüsü perspektivli deyil.

Oxuməni.az xəbər verir ki, bunu rusiyalı politoloq Arkadi Dubnov deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində müşahidəçilərin yerləşdirilməsi ideyası ilə bağlı KTMT-də konsensus tapmaq mümkün olmayacaq:

“Nikol Paşinyan dəqiqləşdirir ki, əgər KTMT-dən olan müşahidəçiləri göndərmək mümkün olmasa, onları ATƏT-dən olan müşahidəçilər əvəz edəcək. Bu, Moskvanın ünvanına açıq provokasiyadır. Rusiyanın təkbaşına sülhməramlı funksiyasını yerinə yetirə bilməməsi ilə bağlı eyhamdır. Aydındır ki, İrəvan Rusiyadan kənarda da müttəfiqlərinin olduğunu düşünür”.