Ürək çatışmazlığından dünyasını dəyişənlərin sayı hər gün artmaqdadır

Ürək çatışmazlığından dünyasını dəyişənlərin sayı hər gün artmaqdadır

9 Mart 2023 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Son zamanlar hamımız ürək çatışmazlığından dünyasını dəyişənlərin sayının artdığının şahidiyik. Bəs görəsən ürək çatışmazlığının qarşısını almaq üçün nə etmək lazımdır?

Bu suala cavab tapmaq üçün ən yaxşı həkim məsləhətlərini araşdıraraq Sizinlə bölüşmək qərarına gəldim. Təbii ki, sağlamlığımızın əsas hissəsi yaxşı qidalanmaqdır. Sağlam ürəyə sahib olmağın yolu da sağlam qidalanmadan keçir. Sağlam və nizamlı bir pəhriz ilə ürəyinizə yaxşı qulluq edə və mümkün infarkt riskini azalda bilərsiniz. Ürək üçün əsas qidalar:

• Zeytun yağının istifadəsini artırın. Heyvan mənşəli yağların əvəzinə daha çox zeytun yağıdan istifadə olunmalıdır. Araşdırmalar göstərib ki, zeytun yağı istehlak edən insanlarda infarkt və insult riski 41% azalır.

• Adekvat və balanslı qidalanma əsas götürülməlidir.

• Tərkibində yağ, zülal və ya yüksək karbohidratlar olan pəhrizlərdən qaçınmaq lazımdır.

• Xüsusilə 40 yaşdan yuxarı insanların gündəlik kalori sərfiyyatından çox istifadə etməmələri vacibdir.

• Şəkərli diabet xəstələrinə çox nəzarət edilməlidir. Nəzarətsiz, xüsusilə qan şəkəri 200-dən yuxarı olan xəstələrdə qısa müddətdə ürək, böyrək və beyin damarlarında ciddi sıxılmalar ola bilər.

• Dəniz məhsulları tipli pəhrizlər aterosklerozun qarşısını almaqda və ya gecikdirməkdə təsirlidir.

• Xüsusilə 40 yaşdan yuxarı hər bir fərd üçün həftədə ən az 40 dəqiqə, 5 gün sürətli gəzinti və ya üzgüçülük ürək sağlamlığı üçün çox faydalıdır.

Müntəzəm olaraq idman edin və stressi həyatınızdan çıxarın! Daimi idman ürək xəstəliklərindən və infarktdan qoruyur. Ürəyinizi, sümüklərinizi və əzələlərinizi gücləndirir. Bununla belə, 35 yaşından sonra sıx səy tələb edən idmana başlamaq niyyətindəsinizsə, gizli ürək xəstəliyi riskinə qarşı yaxşı bir ürək yoxlamasından keçin.

Sağlamlığınızı daim nəzarətdə saxlayın! Əgər ailənizdə ürək xəstəliyi varsa, çəki probleminiz varsa, şəkər və ya yüksək təzyiqiniz varsa, siqaret çəkirsinizsə, 40 yaşından sonra mütləq bu testləri etdirməlisiniz:

Ümumi xolesterin, HDL (yaxşı xolesterol), LDL (pis xolesterol), trigliseridlər və qan şəkəri.

Menopozu mümkün qədər gecikdirin! Qadınlarda estrogen hormonu ateroskleroza qarşı güclü qorunma təmin edir. Ancaq menopozdan sonra estrogen hormonunun ciddi şəkildə azalması da damarların tıxanmasına yol açır. Buna görə də, lazım gələrsə, menopozu gecikdirəcək müalicələr üçün həkiminizlə danışın.

Murad Şahməmmədov