Misirdə sutka ərzində rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb

Misirdə sutka ərzində rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb

19 May 2020 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Misirdə sutka ərzində 535 nəfər koronavirusa yoluxub. Bu, epidemiyanın başlanğıcından bəri ən yüksək göstərici hesab olunur. Əhalisi 100 milyondan çox olan ölkədə virusa yoluxma hallarının ümumi sayı isə 13 minə yaxındır.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Muqahed bildirib.

“535 nəfərin koronavirus testlərinin nəticəsi müsbət olub, onlar buna qədər xəstələrlə təmasda olan şəxslərin analiz nəticələrinin izlənilməsi zamanı üzə çıxıb, son gün ərzində, həmçinin 15 nəfər xəstəlikdən ölüb”, - deyə Muqahedin açıqlamasında deyilir.

Onun sözlərinə görə, yeni yoluxan xəstələrin hamısı xəstəxanalardadır və ÜST-ün göstərişlərinə uyğun tibbi yardım alırlar. Muqahed qeyd edib ki, gün ərzində 268 xəstə də sağalaraq evə buraxılıb.

“Misirdə virusa yoluxanlarım ümumi sayı 12 764 nəfərdir, 3440 nəfər sağalıb, 645 nəfər isə dünyasını dəyişib”, - deyə nazirlik nümayəndəsi bildirib.

Oxuməni.az