Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

20 İyun 2020 19:09
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5 574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 627 koronavirus testi aparılıb.

Oxuməni.az