Rusiyada 5 mindən çox yoluxma qeydə alındı

Rusiyada 5 mindən çox yoluxma qeydə alındı

29 İyul 2020 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada koronavirusa yoluxanların sayı 828 min nəfəri keçib.

Oxuməni.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 5 475 nəfər virusa yoluxub, 169 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 828 990 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 13 673 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 620 333 nəfər virusdan sağalıb, 194 984 nəfərin müalicəsi isə davam edir.

Oxuməni.az