Gələn ildən etibarən Ukrayna COVID-19-a qarşı 8 milyon doza vaksin ala biləcək

Gələn ildən etibarən Ukrayna COVID-19-a qarşı 8 milyon doza vaksin ala biləcək

4 Avqust 2020 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Koronavirusa qarşı vaksin yaradılandan sonra Ukrayna 8 milyon doza vaksin alacaq. Bu tədbir COVAX vaksinlərinin qlobal əlçatanlığı mexanizmində nəzərdə tutulub.

Oxuməni.az xəbər verir ki, Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko bunu brifinqdə elan edib. Onun sözlərinə görə, vaksin ya pulsuz, ya da xüsusi qiymət üzrə təqdim edilə bilər.

V.Lyaşko bildirib ki, ölkə hökuməti başqa qiymətlər üzrə büdcə vəsaitləri hesabına əlavə vaksin almaq üçün digər ölkələrdəki istehsalçılar və müvafiq hökumətlərlə də danışıqlar aparır.

Ukraynanın baş sanitar həkimi qeyd edib ki, bu tədbirlər sayəsində bütün risk qrupları koronavirus xəstəliyinə qarşı peyvəndlərlə əhatə olunacaq.

Xatırladaq ki, Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə koronavirus xəstələrinin sayının yüksək artımı müşahidə olunur. Avqustun 4-ü tarixinə olan məlumatına görə, Ukrayna ərazisində laboratoriya şəraitində təsdiqlənmiş 74.219, o cümlədən son bir gündə 1.061 yoluxma halı qeydə alınıb.

Pandemiya dövründə Ukraynada COVID-19 koronavirusundan 1.764 ölüm faktı qeydə alınıb, 40.613 nəfər sağalıb.

Oxuməni.az