Koronavirusa qarşı peyvəndlərin kütləvi istehsalına 2020-ci ilin sonundan etibarən başlanılacaq

Koronavirusa qarşı peyvəndlərin kütləvi istehsalına 2020-ci ilin sonundan etibarən başlanılacaq

6 Sentyabr 2020 11:39
Bəyəndim (1) Bəyənmədim (0)

Koronavirusa qarşı peyvəndlərin kütləvi istehsalına 2020-ci ilin sonundan etibarən başlanılacaq.

Oxuməni.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.

"Peyvəndin bir neçə partiyası bu ilin sonundan etibarən bizə daxil olacaq. Çox güman ki, onlar risk qruplarında olan vətəndaşların vaksinlənməsi üçün nəzərdə tutulacaq. Bu siyahıda səhiyyə, təhsil, ticarət, mənzil-kommunal xidmətləri, hüquq-mühafizə orqanlarında çalışan vətəndaşlar və ön cəbhədə işləyən bəzi jurnalistlər yer alıb", - Sobyanin bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər peyvəndin sənaye istehsalının mümkün olacağı gözlənilir.

Oxuməni.az