Azərbaycanda bu gün koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb

23 Oktyabr 2020 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda bu gün koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 48 min 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 734 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 270 min 144 test aparılıb. Bugünkü test sayı isə 9 951-dir.

Oxuməni.az