Halit Ergenç yeni serialla gəlir

Halit Ergenç yeni serialla gəlir

6 Avqust 2015 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, Türkiyə efirinin Sultan Süleymanı olan Halit Ergençin yeni mövsümündə rol alacağı serial bəlli oldu. Ssenarisi özünə aid olan serialı "03Production" ekranlaşdıracaq. Hafizəsini itirmiş bacarıqlı aktyor H.Ergenç iki qadın arasında bir insanı oynayacaq.

Hazırda üç istiqamətdə ssenari hazırlanır. Hansı uyğun gələcəksə, həmin qrupun ssenarisi əsasında serialın çəkilişlərinə start veriləcək.

Onu da əlavə edək ki, serial "Kanal D"də yayımlanacaq. O ki qaldı Ergençin tərəf müqabillərinə, hələlik bu barədə heç bir açıqlama verilmir.

Günel Həbib