"Paramparça"dan sürpriz ayrılıq

"Paramparça"dan sürpriz ayrılıq

7 Avqust 2015 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, Türkiyənin "Star" telekanalında yayımlanan "Paramparça" serialında tamaşaçılara sürpriz hazırlanıb. Belə ki, "Nəzakət" rolunu canlandıran Ayta Sözeri serialdan ayrılıb. Daha doğrusu, növbəti sezonda artıq "Nəzakət"ə rol verilməyəcək.

Xatırladaq ki, A.Sözeri bu serialdan öncə "Kayıb Kent" və "Ulan İstanbul"da rollar ifa edib.

Onu da əlavə edək ki, Türkiyədə yayımlanan seriallardan çoxu çətinliklərlə üzləşdiyi halda "Paramparça" reytinqdə birincilərdən olub və xeyli tamaşaçı kütləsinə malikdir. İzləyənlər bu serialın yeni hissələrinə baxmaq üçün günlərini sayırlar, desək, yanılmarıq.

Günel Həbib