Əməkdar artistin qızından Fikrət Qocaya sayqısızlıq - VİDEO
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın "O səs Türkiyə" musiqi yarışmasında iştirak etməsi bu günün əsas xəbərlərindən biridir.
Onun ifa etdiyi "Gəl, ey səhər" mahnısının müəllifləri ilə bağlı məlumatın əks olunduğu titrdə sözlərin müəllifi anonim kimi qeyd olunub. Mahnının musiqisinin Polad Bülbüloğluna aid olduğu yazılsa da, şair Fikrət Qocanın adı orada öz əksini tapmayıb.
Türkiyədə ifa olunan Azərbaycan mahnılarında ya söz, ya da mahnı müəllifinin anonim göstərilməsinə tez-tez rast gəlinir. Lakin bu dəfə məhz azərbaycanlı müğənninin ifasında belə bir faktın baş verməsi maraq doğurub. Axı, səhnəyə çıxacaq müğənni ifa edəcəyi mahnı haqda məlumat verir. Görünür, Aynişan ifa etdiyi mahnının müəlliflərini ya tanımır, ya da bu barədə məlumat verməyi unudub. Aynişan və anası, əməkdar artist Aybəniz Haşımova Türkiyədə olduğundan bu cür ciddi xətanın baş vermə səbəbini aydınlaşdıra bilmədik.
Xatırladaq ki, "Gəl, ey səhər" mahnısının sözləri Fikrət Qocaya aiddir. (publika)
Mediainfo.az




































.jpg)





































.jpg)



















