Ferstappen Formula 1 Azərbaycan Qran Prisinin 1-ci sərbəst yürüşünün ən sürətlisi olub

Ferstappen Formula 1 Azərbaycan Qran Prisinin 1-ci sərbəst yürüşünün ən sürətlisi olub

5 İyun 2021 21:41
Bəyəndim (0) Bəyənmədim (0)

Formula 1çempionatının təqviminə liderlik edən Maks Ferstappen Bakı Şəhər Halqasında (BŞH)“Ferrari” komandasındanŞarl Lekleri və Karlos Saynzı ötərək, bu həftəsonu baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinin 1-ci sərbəst yürüşündəən sürətli dövrəyə nail olub.

Oxuməni.az xəbər verir ki, sessiya Xəzər dənizinin sahili boyuncauzanan müvəqqəti trekdə küləkli şəraitdəvəasfaltla şin arasındakı ilişmə qüvvəsinin az olduğu bir vəziyyətdə baş tutub.

“AlphaTauri” komandasının yaponiyalı pilotu Yuki Tsunoda sessiyanın ortalarında 4-cü döngədə trekdən kənara çıxaraq yerində fırlanıb və baryerlərə ilişib.

“Aston Martin” komandasının sürücüsü Sebastian Fettel də bu dəfə 1-ci döngədə kənaraçıxmaq məcburiyyətində qalıb. Formula 1-in sonuncu çempionu Luis Hemilton, onun komanda yoldaşı Valtteri Bottas və “AlphaTauri” komandasının pilotu Pyer Qasli də sessiya müddətində trekdən kənara çıxıblar.

Sessiyanın sonuna doğru yaxınlaşdıqca şinin səthə daha yaxşı ilişməsi nəticəsində, “McLaren” komandasının pilotu Daniel Rikkardo 1:43.732 saniyəlik dövrə ilə bu həftəsonunun yumşaq təkərləri ilə ilk sırada yer alıb.

Avstraliyalının komanda yoldaşı Lando Norris isə sessiyanı daha tez tamamlaya bilərdi, lakin britaniyalı sonuncu döngədə fırlansa da, özünü baryerlərdən qorumağı bacarıb.

Daha sonra “Ferrari” komandasınınpilotlarısessiyanın vaxt cədvəlində 1-ci və 2-ci yerlərə yüksəliblər. Lekler 1:43.227 saniyəlik nəticə ilə Saynzı (1:43.521) qabaqlayıb.

Lakin son 10 dəqiqədə Festappen yumşaq təkərlərdən istifadə edərək 1:43.184 saniyəlik dövrə ilə sıralamanın ən başına keçib və sessiyanıLeklerdən 0.043 saniyə, Saynzdan isə 0.3 saniyə daha tez tamamlayıb.

Ferstappenin komanda yoldaşı Serxio Peres 1:43.630 saniyəlik dövrə ilə 4-cü yerdə qərarlaşıb vədövrəni Rikkardodan 0,1 saniyə daha tez tamamlayıb. Pyer Qasli isə Rikkardodan 0.02 saniyə geridə qalaraq 6-cı sırada sessiyanı başa vurub. Yeddinci yerdə qərarlaşan Hemiltonu müvafiq ardıcıllıqla Norris, Alonso və Bottas izləyib.


2021 FIA Formula 1 Azərbaycan Qran-Prisi – Birinci sərbəst yürüş
1 MaksFerstappen– “Red Bull/Honda” 1:43.184 19 209.439
2 ÇarlsLekler–“Ferrari” 1:43.227 0.043 20 209.352
3 Karlos Saynz– “Ferrari” 1:43.521 0.337 20 208.757
4 Serxio Peres–“Red Bull/Honda” 1:43.630 0.446 17 208.538
5 Daniel Rikkardo–“McLaren/Mercedes” 1:43.732 0.548 25 208.333
6 PyerQasli – “AlphaTauri/Honda” 1:43.757 0.573 23 208.282
7 Luis Hemilton –“Mercedes” 1:43.893 0.709 20 208.010
8 Lando Norris –“McLaren/Mercedes” 1:43.996 0.812 20 207.804
9 Fernando Alonso –“Alpine/Renault” 1:44.777 1.593 25 206.255
10 Valtteri Bottas –“Mercedes” 1:44.891 1.707 20 206.031
11 Kimi Raykonnen –“Alfa Romeo/Ferrari” 1:44.943 1.759 18 205.928
12 Antonio Ciovinazzi –“Alfa Romeo/Ferrari” 1:45.092 1.908 20 205.636
13 Lans Stroll –“Aston Martin/Mercedes” 1:45.234 2.050 23 205.359
14 Yuki Tsunoda –“AlphaTauri/Honda” 1:45.384 2.200 25 205.067
15 Sebastian Fettel – “Aston Martin/Mercedes” 1:45.415 2.231 24 205.006
16 Esteban Okon –“Alpine/Renault” 1:45.446 2.262 23 204.946
17 Corc Russell – “Williams/Mercedes” 1:45.452 2.268 24 204.934
18 Nikolas Latifi – “Williams/Mercedes” 1:45.774 2.590 22 204.311
19 MikŞumaxer –“Haas/Ferrari” 1:46.899 3.715 20 202.160
20 Nikita Mazepin – “Haas/Ferrari” 1:46.945 3.761 18 202.073

Emin Axund