Bakıda Formula 2-nin açılış sessiyasında Yuri Vips fərqləndi

Bakıda Formula 2-nin açılış sessiyasında Yuri Vips fərqləndi

5 İyun 2021 21:35
Bəyəndim (0) Bəyənmədim (0)

Pilotların əksəriyyətinin Bakı Şəhər Halqası (BŞH)ilə yeni tanış olduğu bir vaxtda “Hitech” Qran Pri komandasının pilotu Yuri Vips davamlı nəticəsini təkmilləşdirməklə “Campos Racing” komandasının pilotu Ralf Boşunqdan 0,7 saniyə daha tez,“ART” Qran Pri komandasının pilotu Teo Porşaredən isə 1 saniyədən daha çox vaxt fərqiilə sərbəst yürüşü birinciliklə başa vurdu.

Oxuməni.az xəbər verir ki, Monte Karlonun dar və dolanbaclı trekindəki çətinliklərdən iki həftədən az bir müddət keçdikdən sonra, 2021-ci ildə yenimövsümün iştirakçıları Bakının uzun, geniş və düz yolları ilə fərqlənən şəhər trekində mübarizə aparmağa gəldilər.

Bir çoxları üçün bu, Bakı Şəhər Halqası ilə ilk tanışlıq idi və onlar yeni mühitə uyğunlaşmağa çox da tələsmirdilər.“MP Motorsport”komandasının pilotları Lirim Zendeli və Riçard Verşorsessiyanın ilk beş dəqiqəsində yüksəkçıxış nümayiş etdirsələr də, daha sonra bu tempi qoruya bilmədilər.

Sessiyanı müvafiq olaraq 5-ci və 6-cı yerdə bitirən Oskar Piastri və Markus Armstronq ilk olaraq asfaltın isinməyə başladığı vaxtda,dövrələri ən yüksək sürətlə tamamladılar. Markus Artmstronq trekdə baş vermiş iki qəzadan çox əvvəl ilkin standartı 2:00.851 saniyə olaraq təyin etmişdi.

Marino Satonun bolidi divara çırpılaraq ön sağ təkəri yararsız vəziyyətə düşdü. Lirim Zendelinin bolidi trekdən çıxdı və onun 16-cı döngədəhərəkət sahəsində sıxışması Virtual Təhlükəsizlik Maşını xəbərdarlığının verilməsi ilə nəticələndi.

2019-cu ildə keçirilmişFIA Formula 2 ÇempionatınınBakı mərhələsinin sonuncu yarışındaqalib gələn Cek Eytken sessiyanın qəzadan sonrakı davamında dövrəni 2 dəqiqənin altına enərək1:57,840 saniyəyətamamladı. Lakin“HWA RACELAB” komandasınınpilotuuzun müddət zirvədə qala bilmədi, çünki Dan Tiktum liderliyi ələ keçirmək üçün həmvətənlisi Cek Eytkendən 0.115 saniyə fərqlənərək önə çıxdı.

Eytken nəticələrini yaxşılaşdırdı və sessiyanın ən sürətlisi olmaq üçün etdiyi növbəti cəhdində divara çırpıldı. Lakin bu hədəfə Ralf Boşunq yiyələndi və 1:57.517 saniyəlik nəticəilə sessiyanın ən yaxşısı oldu. Robert Şvartsman qısa müddətliyinə sessiyada liderliyi ələ keçirdi, lakin isveçrəlitezliklə liderliyini bərpa etdi və göstəricisini1 dəqiqə 57 saniyədək yaxşılaşdırdı. Şvartzmanın liderliyə yüksəlmək cəhdləri davam etsə də, “PREMA” komandasının pilotu sessiyanı4-cü sırada tamamladı.

Sessiyanın bitməyinə bir neçə dəqiqə qalmışBoşunq lider kimi görünsə də, həm Porşare, həm də Vips zamanlamada anidən önə çıxdılar. Vips ilk 10-luqdan sonra gələn pilotlarla arasındakı vaxt fərqini azı 1 saniyəyə çıxardı.

Boşunq cavab həmləsi etdi, lakin zamanlamada gecikdi və sessiyanı estoniyalıdan 0,7 saniyə geri qalaraq Porşarenin önündə 2-ci yerdə tamamladı.

Roy Nissaninin bolidinin bir neçə dəfə fırlanaraq divara dəyməsi səbəbindən trekdə hərəkət vaxtından əvvəl dayandırıldı. Qırmızı bayrağa səbəb olan Nissani bolidindən salamat çıxdı, lakin onun qəzaya uğraması sessiyanın sonu ilə nəticələndi.

Bent Viskal sessiyanın əvvəlindəxal toplamağının an məsələsi olduğunu demişdi və hollandiyalı pilot almaniyalı rəqibi David Bekmanı qabaqlayaraq 7-ci yerdə qərarlaşdı. Sessiyanın əvvəlindəki yüksək tempinə baxmayaraq, Tiktum sessiyanın sonunda 9-cu yerə yiyələnə bildi, Kristyan Lundqard isə öz növbəsində adını ilk 10-luğa yazdırmağa nail oldu.

Emin Axund