Formula-2 pilotunun Bakıda qolu sındı

Formula-2 pilotunun Bakıda qolu sındı

6 İyun 2021 17:04
Bəyəndim (0) Bəyənmədim (0)

Formula-2 üzrə Azərbaycan Qran-prisinin əsas yarışında qəza törədən "Art Grand prix" pilotu Teo Purşerin qolu sınıb.

Oxuməni.az xəbər verir ki, 18 yaşlı sürücü Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.

Qeyd edək ki, Teo Purşer qəza törətdiyi üçün yarışa davam edə bilməyib. Formula 2-ni "Hitech Grand Prix"dən Yuri Vips qazanıb.