“Red Bull Racing Honda” komandası Formula 1 Azərbaycan Qran-Prisində liderlik edir

“Red Bull Racing Honda” komandası Formula 1 Azərbaycan Qran-Prisində liderlik edir

6 İyun 2021 17:38
Bəyəndim (0) Bəyənmədim (0)

Əlli bir dövrədən ibarət Formula 1 Azərbaycan Qran-Prisində 32 dövrə geridə qalıb.

Oxuməni.az xəbər verir ki, hazırda yarışa “Red Bull Racing Honda” komandasının pilotu Maks Ferstappen başçılıq edir. Onun komanda yoldaşı Serxio Peres ikinci, Luis Hamilton (“Mercedes”) isə üçüncü sırada yer alıblar.

Bakı şəhər halqasında Formula 1 yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çrmpionatının Azərbaycan mərhələsi ləğv edilmişdi.

2016-cı ildə Avropa Qran-Prisi adı altında təşkil olunan yarışın qalibi Niko Rosberq ("Mercedes") olub. Daniel Rikkardo "Red Bull Racing" 2017-ci, Luis Hamilton ("Mercedes")2018-ci, Valtteri Bottas ("Mercedes") isə 2019-cu ildə Bakıda podiumun ilk pilləsinə qalxıblar.

Emin Axund