Türkiyə millisi İtaliya ilə oyunda qapısından 3 top buraxaraq məğlub olub

Türkiyə millisi İtaliya ilə oyunda qapısından 3 top buraxaraq məğlub olub

12 İyun 2021 01:00
Bəyəndim (0) Bəyənmədim (1)

Bu gün Avro-2020-yə start verilib.

Oxuməni.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 1 matç artıq başa çatıb. Turnirin açılış oyununda İtaliya Türkiyə ilə qarşılaşıb. Romadakı “Olimpiko” stadionunda oynanılan görüş İtaliya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Koronavirus pandemiyasına səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan Avro-2020 iyunun 11-dən iyulun 11-dək davam edəcək. Sayca 16-cı olacaq Avropa çempionatının oyunlarına 11 şəhər - Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının son qalibi Portuqaliya millisidir.

11 iyun

23:00. Türkiyə - İtaliya - 0:3
Qollar:
Merih Demiral, 52 - avtoqol (0:1), Çiro İmmobile, 66 (0:2), Lorenzo İnsinye, 78 (0:3)
Sarı vərəqə: Çağlar Söyüncü, 88 (Türkiyə)
Roma, "Olimpiko" stadionu
Baş hakim: Denni Makkelin (Niderland)