Uels - İsveçrə matçında hər qapıya bir top vurulub

Uels - İsveçrə matçında hər qapıya bir top vurulub

12 İyun 2021 19:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün tarixdə ilk dəfə Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.

Oxuməni.az xəbər verir ki, paytaxt Bakı A qrupunun Uels - İsveçrə matçına ev sahibliyi edib. Bakı Olimpiya Stadionda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turnirin daha 3 qarşılaşması - Türkiyə - Uels (16 iyun, 20:00), İsveçrə - Türkiyə (20 iyun, 20:00) matçları və 1/4 finalın 1 oyunu (3 iyul,. 20:00) Bakıda keçiriləcək.

12 iyun

A qrupu

17:00. Uels - İsveçrə - 1:1

Qollar: Kiffer Mur, 74 - Brel Embolo, 49

Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)

Bakı Olimpiya Stadionu