İngiltərə millisi Xorvatiyanı minimal hesabla məğlub edib

İngiltərə millisi Xorvatiyanı minimal hesabla məğlub edib

13 İyun 2021 21:24
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Avropa çempionatının D qrupunda mübarizəyə start verilib.

Oxuməni.az-ın məlumatına görə, turnirin favoritlərindən İngiltərə millisi Xorvatiya ilə qarşılaşıb. Londondadkı "Uembli" stadionunda oynanılan matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Oyundakı yeganə qolun müəllifi isə Rəhim Sterlinq olub. İngiltərənin "Mançester Siti" klubunda çıxış edən hücumameylli yarımmüdafiəçi 57-ci dəqiqədə fərqlənərək, komandasına qələbə qazandırıb.

Qeyd edək ki, D qrupunun digər qarşılaşması sabah Şotlandiya və Çexiya yığmaları arasında olacaq.