Belçika son çempion Portuqaliyanı məğlub edərək 1/4 finala yüksəldi

Belçika son çempion Portuqaliyanı məğlub edərək 1/4 finala yüksəldi

28 İyun 2021 08:39
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Oxuməni.az xəbər verir ki, günün ikinci matçında Belçika və Portuqaliya yığmaları üz-üzə gəlib.

İspaniyanın Sevilya şəhərində keçirilən matç Belçikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Torqan Azarın vurduğu qol komandasına qələbə qazandırıb.

Roberto Martinesin baş məşqçi olduğu kollektiv 1/4 finalda İtaliya ilə üz-üzə gələcək.

27 iyun

Avro-2020, 1/8 final mərhələsi

23:00. Belçika - Portuqaliya - 1:0

Qol: Torqan Hazard, 42

Baş hakim: Feliks Brix (Almaniya)

Sevilya. "Estadio La Cartuja"