AVRO-2020: Danimarka yarımfinalda

AVRO-2020: Danimarka yarımfinalda

3 İyul 2021 22:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Avro-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq.

Oxuməni.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşıb. Danimarka 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Günün və mərhələsinin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Qeyd edək ki, daha əvvəl Bakıda A qrupunun 3 oyunu keçirilib.

3 iyul

1/4 final

20:00. Çexiya - Danimarka - 1:2

Qollar: Şik, 49 - Dileyni, 5, Dolberq, 42

Baş hakim: Byörn Kuypers (Niderland)

Bakı. Bakı Olimpiya Stadionu