“Qarabağ“ 1,5 milyona hücumçu aldı

“Qarabağ“ 1,5 milyona hücumçu aldı

10 İyul 2021 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

“Qarabağ” futbol klubu Portuqaliyanın "Vitoriya" klubunun hücumçusu Abdul-Aziz Yakubunun keçidini tamamlayıb.

Oxuməni.az xəbər verir ki, Ağdam təmsilçisi 22 yaşlı hücumçunun transferinə 1,5 milyon manat ödəyib. Hücumçu klubla 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 22 yaşlı hücumçu ötən mövsümü icarə əsasında Portuqaliyanın "Eştoril" klubuna keçirib. Yakubu 34 oyunda 15 qol vuraraq komandanın Premyer Liqaya yüksəlməsində pay sahibi olub.