Ronaldo 11 milyonundan keçmədi, “Yuventus” ondan vaz keçdi

Ronaldo 11 milyonundan keçmədi, “Yuventus” ondan vaz keçdi

27 İyul 2021 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

"Yuventus” futbolçusu Kriştiano Ronaldo ilə müqavilənin müddətini uzatmaqdan imtina edib.

Oxuməni.az xəbər verir ki, bu haqda “Sky Sports” məlumat yayıb. Turin klubunun belə bir qərar verməsinə səbəb kimi portuqaliyalı hücumçunun maaşının çox yüksək olması göstərilir.

Qeyd edək ki, Ronaldonun klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Hazırda o, komandasının düşərgəsindədir və güman edilir ki, növbəti mövsümü də məhz “Yuventus”da keçirəcək.

Daha öncə yayılan xəbərə görə, Turin təmsilçisi futbolçusu ilə müqavilənin müddətini 2023-cü ilin yayına qədər uzatmaq niyyətindədir. Yeni anlaşmaya əsasən, onun hazırkı illik maaşı 31 milyon avrodan 20 milyona salınmalıdır. Lakin görünür, tərəflər arasında maddi məsələlərdə razılıq əldə olunmayıb.

Xatırladaq ki, Ronaldo “Yuventus”la 2018-ci ilin yayında müqavilə bağlayıb. 36 yaşlı oyunçu 29 qolla ötən mövsüm A seriyasının bombardiri olub.