Azərbaycanlı bacılar Olimpiadada medal qazandılar

Azərbaycanlı bacılar Olimpiadada medal qazandılar

28 İyul 2021 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Əslən azərbaycanlı olan Cessika və Cennifer Qədirova bacılarının yer aldığı Böyük Britaniyanın qadın gimnastika milli komandası Tokio-2020-də bürünc medal qazanıb.

Oxuməni.az xəbər verir ki, Britaniya gimnastikada 93 illik fasilədən sonra Yay Olimpiya Oyunlarındakı ilk dəfə mükafat qazanıb. 16 yaşlı əkiz azərbaycanlı bacıların bu nailiyyətin qazılmasında böyük rolu olub.

Xatırladaq ki, Cessika bu il İsveçrədə keçirilən Avropa çempionatının qalibi olub. Cennifer isə 2019-cu ildə yeniyetmələr arasında dünya çempionatının gümüş medalını qazanıb.

Qədirova bacılarının valideynləri azərbaycanlıdırlar. Atası Natiq Qədirov bir müddət əvvəl verdiyi müsahibədə 2001-ci ildə Böyük Britaniyaya köçdüklərini deyib. Altı övladı var. Cessika və Cennifer 2004-cü ildə İrlandiyada doğulublar. “İşlə əlaqədar İrlandiyaya getmişdik. Uşaqların da doğuşu həmin səfər vaxtına tuş gəldi”.

Qeyd edək ki, əkiz bacılar həm İrlandiya, həm də Böyük Britaniya vətəndaşlarıdırlar. Valideynləri isə orada müvafiq icazə ilə yaşayırlar. Yenisabah.az