Tokio-2020: Hacı Əliyev yarımfinala yüksəlib, Şərif Şərifov məğlub olub

Tokio-2020: Hacı Əliyev yarımfinala yüksəlib, Şərif Şərifov məğlub olub

6 Avqust 2021 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Oxuməni.az-ın məlumatına görə, 65 kq-da çıxış edən idmançı 1/4 final mərhələsində qazaxıstanlı Daulet Niyazbekovla üz-üzə gəlib.

Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə güləşəcək.

Əliyev daha əvvəl seneqallı Adama Diattanı məğlubiyyətə uğradıb.

Azərbaycanın sərbəst güləşçisi, 97 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov 1/8 finalda Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə üz-üzə gəlib.

Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.