Ukrayna millisinin yeni baş məşqçisi müəyyənləşib

Ukrayna millisinin yeni baş məşqçisi müəyyənləşib

7 Avqust 2021 07:31
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Ukrayna milli komandasının yeni baş məşqçisi Sergey Rebrov olacaq.

Oxuməni.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubu ilə müqaviləsinin pozulmasına dair razılıq əldə edib.

2+1 illik müqaviləyə imza atacaq Rebrov yeni vəzifədə Andrey Şevçenkonu əvəzləyəcək. Onun təqdimat mərasimi avqustun 9-da olacaq. Təcrübəli baş məşqçi milli komandaya DÇ-2022 və AVRO-2024-ün seçmə mərhələlərində rəhbərlik edəcək.

Qeyd edək ki, Sergey Rebrov daha əvvəl Ukraynanın "Dinamo" (Kiyev), Səudiyyə Ərəbistanının "Əl-Əhli" və Macarıstanın "Ferentsvaroş" komandalarının baş məşqçisi olub. O, ikiqat Ukrayna çempionu və ölkə kubokunun qalibi, habelə üçqat Macarıstan çempionu titullarının sahibidir.