Çempionlar Liqası: 10 komanda pley-offda, Mahir Emrelinin klubu mübarizəni dayandırdı

Çempionlar Liqası: 10 komanda pley-offda, Mahir Emrelinin klubu mübarizəni dayandırdı

11 Avqust 2021 06:32
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Oxuməni.az-ın məlumatına görə, cavab oyunlarının hamısı eyni gündə gerçəkləşib və 10 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşada Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını qəbul edib. Rəqibinə 0:1 hesabı ilə uduzan Varşava təmsilçisi turnirdə mübarizəni dayandırıb. Emreli meydana start heyətində çxsa da, 56-cı dəqiqədə Tomaş Pekhartla əvəzlənib.

II təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Yunanıstan “Olimpiakos”u Bolqarıstanda “Ludoqorets”in qonağı olub. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk matçda da heç-heçə qeydə alındığından komandalar əlavə 30 dəqiqə oynayıblar. Əlavə vaxtda hesab dəyişmədiyi üçün penaltilər seriyasına keçilib. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq oynayan meydan sahibləri pley-offa yüksəliblər.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Cavab oyunları

“Şerif” (Moldova) - “Srvena Zvezda” (Serbiya) - 1:0

Qol: Danilo Arboleda, 45+2

İlk oyun - 1:1

“Slaviya” (Praqa, Çexiya) - “Ferentsvaroş” (Macarıstan) - 1:0

Qol: Lukaş Masopust, 36

İlk oyun - 0:2

“Şaxtyor” (Donetsk, Ukrayna) - “Genk” (Belçika) - 2:1

Qol: Lassina Traore, 27, Markos Antonio, 76 - Siril Dessers, 90

İlk oyun - 2:1

“Midtüllan” (Danimarka) - PSV (Niderland) - 0:1

Qol: Bruma, 90+3

İlk oyun - 0:3

“Ludoqorets” (Bolqarıstan) - “Olimpiakos” (Yunanıstan) - 2:2 (Penaltilər - 4:1)

Qollar: Ruben Semedu, 49 (avtoqol), Pyeros Sotiriu, 57 (penalti) - Yan M Vila, 31, Yussef əl-Ərəbi, 68 (penalti)

İlk oyun - 1:1

“Monako” (Fransa) - “Sparta” (Praqa, Çexiya) - 3:1

Qollar: Jelson Martinş, 50, Aleksandr Qolovin, 56,Sofian Diop, 81 - David Moberq Karlsson, 78

İlk oyun - 2:0

“Yanq Boyz” (İsveçrə) - ÇFR (Rumıniya) - 3:1

Qollar: Jordan Sibaço, 23; 42, Mumi Nqamalyo, 25 - Biyel Omrani, 4

İlk oyun - 1:1

“Benfika” (Portuqaliya) - “Spartak” (Moskva, Rusiya) - 2:0

Qollar: Joau Mariu, 58, Roman Yaremçuk, 90+2

İlk oyun - 2:0

“Legiya” (Polşa) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:1

Qol: Bartol Franyiç, 20

İlk oyun - 1:1

“Reyncers” (Şotlandiya) - “Malmö” (İsveç) - 1:2

Qol: Alfredo Morelos, 19 - Antonio Çolak, 53; 58

Qırmızı vərəqə: Bonke İnnosent, 45+1 (“Malmö”)

İlk oyun: 1:2