"Çelsi" tarixində ikinci dəfə UEFA Super Kubokunu qazanıb

"Çelsi" tarixində ikinci dəfə UEFA Super Kubokunu qazanıb

12 Avqust 2021 06:46
Bəyəndim (1) Bəyənmədim (0)

Şimali İrlandiyanın paytaxtı Belfastda UEFA Super Kuboku uğrunda oyun keçirilib.

Oxuməni.az-ın məlumatına görə, İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları "Uindzor Park" stadionunda üz-üzə gəlib. Qarşılaşmanı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edib.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 27-ci dəqiqədə "zadəganlar"dan Hakim Ziyeşin qoluna 73-cü dəqiqədə "sarı sualtı qayıq"dan Jerar Moreno cavab verib. Əlavə vaxtda bu hesab dəyişmədiyindən, penaltilər seriyasına müraciət olunub. Bu zaman daha dəqiq olan "Çelsi" 6:5 hesabı ilə qalib gələrək, tarixində ikinci dəfə UEFA Super Kubokunu qazanıb. "Zadəganlar" ilk dəfə bu titula 1998-ci ildə İspaniyanın digər təmsilçisi "Real Madrid" üzərində 1:0 hesablı qələbə sayəsində nail olublar.