Çempionlar Liqası: Meydan sahibləri qələbə qazanıblar

Çempionlar Liqası: Meydan sahibləri qələbə qazanıblar

19 Avqust 2021 06:36
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər 3 oyunu keçirilib.

Oxuməni.az-ın məlumatına görə, hər 3 qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.

"Benfika" Portuqaliyada Niderlandın PSV klubunu 2:1 hesabı ilə məğlub edib. "Yanq Boyz" İsveçrədə Macarıstan "Ferentsvaroş"una qalib gəlib - 3:2.

İsveç "Malmö"sü isə doğma meydanda Bolqarıstan "Lüdoqorets"indən güclü olub - 2:0.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. "Benfika" (Portuqaliya) - PSV (Niderland) - 2:1

Qollar: Rafael Silva, 10, Yulian Vayql, 42 - Kodi Qakpo, 52

23:00. "Malmö" (İsveç) - "Lüdoqorets" (Bolqarıstan) - 2:0

Qollar: Velko Birmançeviç, 26, Yo-İnge Berget, 61

23:00. "Yanq Boyz" (İsveçrə) - "Ferentsvaroş" (Macarıstan) - 3:2

Qollar: Meşak Elia, 16, Vensan Syerro, 40, Ulisses Qarsiya, 65 - Frank Boli, 14; 82

Qırmızı vərəqə: Silvan Hefti, 25 ("Yanq Boyz")

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 24 və 25-də oynanılacaq.