Çempionlar Liqası: Üç komanda qrup mərhələsinə vəsiqə qazandı

Çempionlar Liqası: Üç komanda qrup mərhələsinə vəsiqə qazandı

25 Avqust 2021 06:41
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Oxuməni.az xəbər verir ki, ilk oyun günündə 3 matç oynanılıb. Qarşılaşmalardan sonra "Benfika", "Yanq Boyz" və "Malmö" qrup mərhələsinə adlayıb.

PSV (Niderland) - "Benfika" (Portuqaliya) - 0:0

İlk oyun - 1:2

"Lüdoqorets" (Bolqarıstan) - "Malmö" (İsveç) - 2:1

Qollar: Nedyalkov, 10 (1:0), Birmançeviç, 42 (1:1), Sotiriou, 60 (2:1)

İlk oyun - 0:2

"Ferentsvaroş" (Macarıstan) - "Yanq Boyz" (İsveçrə) - 2:3

Qollar: Zesiqer, 4 (0:1), Uinqo, 18 (1:1), Veksei, 27 (2:1), Fassnaxt, 56 (2:2), Mambimbi, 90+3 (2:3)

İlk oyun - 2:3.

Qeyd edək ki, bu mərhələnin digər cavab oyunları bu gün keçiriləcək.