FIFA Braziliya - Argentina görüşünü dayandırıb

FIFA Braziliya - Argentina görüşünü dayandırıb

6 Sentyabr 2021 06:20
Bəyəndim (0) Bəyənmədim (0)

FIFA 2022-ci il dünya çempionatının Braziliya və Argentina yığmaları arasındakı seçmə oyununu dayandırıb.

Oxuməni.az-ın ali futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, bu qərar görüşün rəsmi şəxslərinin qərarından sonra qəbul olunub. Daha ətraflı açıqlamanın tezliklə veriləcəyi bildirilib.

Qeyd edək ki, görüşün əvvəllərində Argentina millisi meydanı tərk edib. Bu, meydana polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra baş verib. Onlar koronavirus qaydalarını pozan 4 oyunçu - Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar. Böyük Britaniyadan gələnlərin karantində olmaları vacib sayılsa da, argentinalılar İngiltərə klublarında çıxış etmələrinə rəğmən. krallıqda son zamanlar olmadıqlarını bildiriblər.