Anası Ronaldonun Corcina ilə evlənməsinə qarşı çıxdı

Anası Ronaldonun Corcina ilə evlənməsinə qarşı çıxdı

30 Sentyabr 2021 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun anası Mariya Dolores Aveyru oğluna indiki sevgilisi Corcina Rodriqeslə evlənməməyi məsləhət görüb.

Oxuməni.az xəbər verir ki, bu barədə portuqaliyalı hücumçunun bir dostu məlumat verib. Onun sözlərinə görə, Ronaldonun anası hesab edir ki, Corcina yalnız oyunçunun pulu ilə maraqlanır. Buna görə də Dolores oğlunu Corcina ilə evlənməkdən çəkindirir.

Qeyd edək ki, son illərdə Kriştiano və Corcinanın Mərakeşdə gizli toy etməsi haqqında şayiələr yayılmışdı. Rodriqes isə bu xəbərlərə şərh verməkdən imtina etmişdi.

Anası Ronaldonun Corcina ilə evlənməsinə qarşı çıxdı