Avropa Liqası: "Legiya" qələbə qazanıb, "Fənərbağça" evdə darmadağın olub, "Qalatasaray" liderliyini qoruyub

Avropa Liqası: "Legiya" qələbə qazanıb, "Fənərbağça" evdə darmadağın olub, "Qalatasaray" liderliyini qoruyub

1 Oktyabr 2021 06:40
Bəyəndim (1) Bəyənmədim (0)

UEFA Avropa Liqasında II tura yekun vurulub.

Oxuməni.az-ın məlumatına görə, günən növbəti 8 matçından yalnız 1-də heç-heçə qeydə alınıb. Bu, Türkiyə təmsilçisi "Qalatasaray"ın Fransada "Marsel"lə oyununa təsadüf edib. Görüş qolsuz yekunlaşıb. Bununla da "sarı-qırmızılar" xallarını 4-ə çatdıraraq, vahid liderə çevriliblər. Qrupun digər matçında "Latsio" İtaliyada Rusiya "Lokomotiv"i üzərində inamlı qələbə qazanıb.

E qrupu

23:00. "Marsel" (Fransa) - "Qalatasaray" (Türkiyə) - 0:0

23:00. "Latsio" (İtaliya) - "Lokomotiv" (Moskva, Rusiya) - 2:0

Xal durumu: "Qalatasaray" - 4, "Latsio" - 3, "Marsel" - 2, "Lokomotiv" - 1

F qrupu

23:00. "Braqa" (Portuqaliya) - "Midtüllan" (Danimarka) - 3:1

23:00. "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - "Srvena Zvezda" (Belqrad, Serbiya) - 0:1

Xal durumu: "Srvena Zvezda" - 6, "Braqa" - 3, "Lüdoqorets" - 1, "Midtüllan" - 1

G qrupu

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Betis" (İspaniya) - 1:3

23:00. "Seltik" (Şotlandiya) - "Bayer" (Leverkuzen, Almaniya) - 0:4

Xal durumu: "Bayer" - 6, "Betis" - 6, "Ferentsvaroş" - 0, "Seltik" - 0

H qrupu

23:00. "Vest Hem" (İngiltərə) - "Rapid" (Vyana, Avstriya) - 2:0

23:00. "Genk" (Belçika) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:3

Xal durumu: "Vest Hem" - 6, "Dinamo" - 3, "Genk" - 3, "Rapid" - 0.

22:52

UEFA Avropa Liqasının qrup mərhələsində II tura start verilib.

"Report"un məlumatına görə, A, B, C və D qruplarının görüşdən artıq başa çatıb.

C qrupunda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu Polşada İngiltərə "Lester"i ilə qarşılaşıb. Matçın taleyini 1 qol həll edib. 31-ci dəqiqədə fərqlənən Emreli komandasına qələbə qazandırıb. Meydana start heyətində çıxan və 83-cü dəqiqədə əvəzlənən 24 yaşlı forvard sarı vərəqə ilə cəzalanıb. Buna onun meydanı tərk edərkən ləng hərəkəti səbəb olub. Nəticədə Emreli rəqib müdafiəçi Ceyms Maddisonla mübahisə edib. Digər oyunçular insidentin böyüməsinə imkan verməyiblər. Baş hakim hər iki futbolçuya sarı vərəqə göstərib.

Bu qrupun digər matçında Rusiyanın "Spartak" (Moskva) komandası İtaliyada "Napoli"ni məğlub edib.

Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbağça" Yunanıstan "Olimpiakos"unu qəbul edib. İstanbul təmsilçisi rəqibinə böyük hesabla uduzub - 0:3. D qrupunun digər oyununda Almaniya "Ayntraxt"ı Belçikada "Antverpen"ə minimal hesabla qalib gəlib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

A qrupu

20:45. "Sparta" (Praqa, Çexiya) - "Reyncers" (Şotlandiya) - 1:0

20:45. "Lion" (Fransa) - "Bröndbü" (Danimarka) - 3:0

Xal durumu: "Lion" - 6, "Sparta" -4 "Bröndbü" - 1, "Reyncers" - 0.

B qrupu

20:45. "Şturm" (Qrats, Avstriya) - PSV (Eyndhoven, Niderland) - 1:4

20:45. "Real Sosyedad" (İspaniya) - "Monako" (Fransa) - 1:1

Xal durumu: PSV - 4, "Monako" - 4, "Real Sosyedad" - 2, "Şturm" - 0.

C qrupu

20:45. "Legiya" (Polşa) - "Lester" (İngiltərə) - 1:0

20:45. "Napoli" (İtaliya) - "Spartak" (Moskva, Rusiya) - 2:3

Xal durumu: "Legiya" - 6, "Spartak" - 3, "Napoli" - 1, "Lester" - 1

D qrupu

20:45. "Antverpen" (Belçika) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 0:1

20:45. "Fənərbağça" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) - 0:3

Xal durumu: "Olimpiakos" - 6, "Ayntraxt" - 4, "Fənərbağça" - 1, "Antverpen" - 0

E qrupu

23:00. "Marsel" (Fransa) - "Qalatasaray" (Türkiyə)

23:00. "Latsio" (İtaliya) - "Lokomotiv" (Moskva, Rusiya)

Xal durumu: "Qalatasaray" - 3, "Marsel" - 1, "Lokomotiv" - 1, "Latsio" - 0.

F qrupu

23:00. "Braqa" (Portuqaliya) - "Midtüllan" (Danimarka)

23:00. "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - "Srvena Zvezda" (Belqrad, Serbiya)

Xal durumu: "Srvena Zvezda" - 3, "Lüdoqorets" - 1, "Midtüllan" - 1, "Braqa" - 0.

G qrupu

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Betis" (İspaniya)

23:00. "Seltik" (Şotlandiya) - "Bayer" (Leverkuzen, Almaniya)

Xal durumu: "Betis" - 3, "Bayer" - 3, "Seltik" - 0, "Ferentsvaroş" - 0

H qrupu

23:00. "Vest Hem" (İngiltərə) - "Rapid" (Vyana, Avstriya)

23:00. "Genk" (Belçika) - "Dinamo" (Zaqreb, Xorvatiya)

Xal durumu: "Vest Hem" - 3, "Genk" - 3, "Rapid" - 0, "Dinamo" - 0.