Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib

Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib

13 Dekabr 2021 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib.

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Azərbaycan Prezidenti İlham Əliyevə "Qarabağ" futbol klubunun forması hədiyyə olunub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, hədiyyəni dövlət başçısına dekabrın 13-də klub prezidenti Tahir Gözəl təqdim edib.

Belə ki, 10 nömrəli formanın üzərində Azərbaycan Prezidenti İlham Əliyevin ad və soyadı yazılıb.

Bundan əlavə, dövlət başçısına UEFA Konfrans Liqasının topu da təqdim edilib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib.