Mahir Emreli Polşada döyüldü

Mahir Emreli Polşada döyüldü

13 Dekabr 2021 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Polşanın "Legiya" klubunun azarkeşləri Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra komandanın futbolçularına hücum ediblər.

Oxuməni.az xəbər verir ki, hücum zamanı bir neçə oyunçuya xətər yetirilib.

Polislər dərhal hadisəyə müdaxilə edib.

Xəsarət alan oyunçulardan biri Azərbaycan millisinin üzvü Mahir Emreli, digəri isə 25 yaşlı Lukinyas olub.

"Interia" nəşrinin yaydığı xəbərə görə, rəsmi açıqlamada oyunçuların xəsarət alması təsdiqlənməyib. Nəşr bu görüşdən sonra baş məşqçi Marek Qolebiyevskinin futbolçularla vidalaşdığını və daha sonra istefa verdiyini yazıb.