Azərbaycanda ilin ən yaxşı futbolçusu Emin Mahmudov oldu

Azərbaycanda ilin ən yaxşı futbolçusu Emin Mahmudov oldu

13 Dekabr 2021 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda ilin ən yaxşı futbolçusu bəlli olub.

Oxuməni.az xəbər verir ki, bu, İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

Azərbaycan millisinin və "Neftçi" klubunun futbolçusu Emin Mahmudov 36 səslə bütün rəqiblərini qabaqlayıb. Polşa "Legiya"sında çıxış edən yığmanın digər üzvü Mahir Emreli 16 səslə ikinci olub. "Qarabağ"dan Filip Ozobiç, Qara Qarayev və Şahruddin Məhəmmədiyev hərəyə 1 səs toplayıblar. Emin Mahmudov İAM-ın sorğusuna əsasən, Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu seçilmişdi. Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.