“Liverpul” “İnter”i diz çökdürdü, “Bavariya  “Zaltsburq”la oyunda son dəqiqədə məğlubiyyətdən xilas oldu

“Liverpul” “İnter”i diz çökdürdü, “Bavariya “Zaltsburq”la oyunda son dəqiqədə məğlubiyyətdən xilas oldu

17 Fevral 2022 08:33
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi davam edir.

Oxuməni.az xəbər verir ki, daha iki matç keçirilib. "İnter" İngiltərə "Liverpul"unu qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb - 2:0.

Digər görüşdə isə Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, Münhen klubu 90-cı dəqiqədə Kinqsli Komanın qolu ilə məğlubiyyətdən xilas olublar.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk görüşündə PSJ "Real"a qalib gəlib - 1:0. Mərhələnin digər oyunları fevralın 22-si və 23-də keçiriləvək.

UEFA Çempionlar Liqası, 1/8 final

00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) - 0:2

Qollar: Firmino, 75, Salah, 83

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya) - 1:1

Qollar: Adamu, 21 (1:0), Koman, 90 (1:1)

Baş hakim: Maykl Oliver (İngiltərə)