Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək

9 Mart 2022 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Oxuməni.az-ın verdiyi xəbərə görə, ilk oyun günündə iki görüş keçiriləcək.

Portuqaliya "Portu"su eyniadlı şəhərdəki "Draqau" stadionunda Fransa "Lion"unu, İspaniya "Betis"i isə Sevilyadakı "Benito Vilyamarin" arenasında Almaniya "Ayntraxt"ını qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

Bu oyunların daha erkən tarixə salınması həmin şəhərlərin digər təmsilçiləri "Braqa" və "Sevilya"nın da Avropa Liqasındakı ilk matçı evdə keçirəcəkləri ilə əlaqədardır. Onlar martın 10-da müvafiq olaraq, Fransa "Monako"su və İngiltərə "Vest Hem"i ilə üz-üzə gələcəklər.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final

İlk oyunlar

9 mart

21:45. "Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya)

21:45. "Portu" (Portuqaliya) - "Lion" (Fransa)

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.