"Barselona"  futbol klubları arasında tarixi  bir rekorda nail olub

"Barselona" futbol klubları arasında tarixi bir rekorda nail olub

14 Mart 2022 09:35
Bəyəndim (1) Bəyənmədim (0)

"Barselona" klubu İspaniya La Liqasında XXI əsrin rekorduna imza atıb.

Oxuməni.az xəbər verir ki, Kataloniya təmsilçisi buna "Osasuna"nı 4:0 hesabı ilə məğlub etdikləri XXVIII tur oyununda nail olub.

Komandanın 75-ci dəqiqədə sonuncu qolunu Piki Ruç vurub. Beləliklə, "Barselona"da cari mövsüm 22 fərqli oyunçu rəqib qapılarına yol tapıb.

2019/2020 mövsümündə "Real Madrid"in 21 futbolçusu fərqlənməyi bacarıb.

Qeyd edək ki, "Barselona" 27 matçdan sonra 51 xalla üçüncü pillədə qərarlaşıb. Komanda lider "Real Madrid"dən 12 xal az toplayıb. Kataloniyalılar növbəti turda - martın 20-də "kral klubu"nun qonağı olacaq.