Çempionlar Liqasında "Çelsi" "Real"-a rəqib oldu

Çempionlar Liqasında "Çelsi" "Real"-a rəqib oldu

18 Mart 2022 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib.

Oxuməni.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 komanda dörd cütü müəyyənləşdirib. 1/4 final mərhələsinin ilk matçları aprelin 5-6-da, cavab görüşləri 12-13-də keçiriləcək.

Çempionlar Liqası

1/4 final

1. “Çelsi” (İngiltərə) - “Real” (İspaniya)

2. “Mançester Siti” (İngiltərə) - “Atletiko” (İspaniya)

3. “Vilyarreal” (İspaniya) - “Bavariya” (Almaniya)

4. “Benfika” (Portuqaliya) - “Liverpul” (İngiltərə)