Dünyanın ən yaxşı gənc futbolçularının siyahısı açıqlanıb

Dünyanın ən yaxşı gənc futbolçularının siyahısı açıqlanıb

23 Mart 2022 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyaca məşhur "Goal.com" saytı dünyanın ən yaxşı gənc futbolçularının siyahısını hazırlayıb.

Oxuməni.az-ın məlumatına görə, ilk "50-liy"ə 2003-cü il yanvarın 1-dən sonra doğulmuş futbolçular daxil edilib.

İlk "10-luq"da sıralama aşağıdakı kimidir:

1. Cud Bellingem ("Borussiya" Dortmund, Almaniya)

2. Florian Virts ("Bayer", Almaniya)

3. Qavi ("Barselona", İspaniya)

4. Camal Musiala ("Bavariya", Almaniya)

5. Harvi Elliot ("Liverpul", İngiltərə)

6. Rayan Şerki ("Lion", Fransa)

7. Devayn Rensx ("Ayaks", Niderland)

8. Yussufa Mukoko ("Borussiya" Dortmund)

9. Benyamin Şeşko ("Zaltsburq", Avstriya)

10. Rikardo Pepi ("Auqsburq", Almaniya)