Çempionlar Liqası: "Liverpul" "Vilyarreal"ı yenib

Çempionlar Liqası: "Liverpul" "Vilyarreal"ı yenib

28 Aprel 2022 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Oxuməni.az xəbər verir ki, bu raundun ikinci matçında İngiltərə "Liverpul"u İspaniyanın "Vilyarreal" klubunu qəbul edib. "Enfild" stadionundakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər 2 qol ikinci hissədə vurulub. Hesab 53-cü dəqiqədə açılıb. Qonaqların qapıçısı Xeronimo Rulyi avtoqol müəllifi olub. Cəmi 2 dəqiqə sonra isə Sadio Mane fərqlənib.

Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal

"Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:0

Qollar: Xeronimo Rulyi, 53 (avtoqol), Sadio Mane, 55

Baş hakim: Şimon Marçinyak (Polşa)

Liverpul, "Enfild" stadionu

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"yə uduzub - 3:4.