Bu gün Çempionlar Liqasında növbəti finalçı bəlli olacaq

Bu gün Çempionlar Liqasında növbəti finalçı bəlli olacaq

4 May 2022 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gələcək.

Oxuməni.az xəbər verir ki, İspaniya "Real Madrid"i yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək. "Santyaqo Bernabeu" stadionundakı matçın baş hakimi italiyalı Daniele Orsato olacaq.

"Kral klubu"ndan Eden Azar zədə səbəbindən görüşü buraxacaq. David Alaba və Qaret Beylin meydana çıxması sual altındadır. Qonaqlardan isə Con Stounz zədəli olduğu üçün oynamayacaq. Kayl Uokerin matçda iştirak edib-etməyəcəyi bəlli deyil.

Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb. Cütün qalibi finalda İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

4 may

23:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, "Santyaqo Bernabeu" stadionu.

İlk oyun - 3:4

Qeyd edək ki, yarımfinalın digər cavab oyununda "Liverpul"u İspaniyada "Vilyarreal"a 3:2 hesabı ilə qalib gəlib. İngiltərə təmsilçisi öz meydanında da 2:0 hesablı qələbə qazandığı üçün finala adlayıb.


Müəllif: Teleqraf.com