Bakıda keçirilən Formula 2 Sprint yarışının qalibi bəlli oldu

Bakıda keçirilən Formula 2 Sprint yarışının qalibi bəlli oldu

11 İyun 2022 21:05
Bəyəndim (1) Bəyənmədim (0)

Bakıda keçirilmiş dəstək yarışı - Formula 2 sprint yarışının qalibi “ART Grand Prix” komandasının pilotu danimarkalı Frederik Vesti olub.

Oxuməni.az xəbər verir ki, “Prema”komandasının pilotu Cehan Daruvala və “Karlin” komandasından Liam Louson müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Yarışın kubokları Gənclər və İdman nazirinin müavini Marianna Toteva Vasileva, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli və Milli Məclisin deputatı NigarArpadarai tərəfindən təqdim olunub.

Qeyd edək ki, sabah Formula-2-nin əsas yarışı yerli saatla səhər 11:00-da keçiriləcək.