Fernando Alonso Formula 1 Azərbaycan Qran-Prisində yeni rekorda imza atıb

Fernando Alonso Formula 1 Azərbaycan Qran-Prisində yeni rekorda imza atıb

12 İyun 2022 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

“Alpine” komandasının pilotu Fernando Alonso Formula 1 Azərbaycan Qran-Prisində yeni rekorda imza atıb.

Oxuməni.az xəbər verir ki, ispaniyalı pilot Bakı mərhələsində çıxış etməklə ən uzun karyeraya malik sürücü adına yiyələnib.

İspaniyalı pilot Formula 1-də 2001-ci ilin martında debüt edib. “Renault”, “McLaren” və “Ferrari” komandalarının sabiq sürücüsü Azərbaycan Qran-Prisində 21 il 3 ay və 8 gününü tamamlayıb.

Əvvəlki rekord isə artıq karyerasını başa vurmuş yeddiqat dünya çempionu Mixael Şumaxerə məxsus idi.

Qeyd edək ki, F.Alonso ikiqat dünya çempionudur.