Arif Rəhimov: Bu dəfə də Azərbaycan Qran-Prisində “Bakı sindromu” qırılmadı

Arif Rəhimov: Bu dəfə də Azərbaycan Qran-Prisində “Bakı sindromu” qırılmadı

12 İyun 2022 19:19
Bəyəndim (0) Bəyənmədim (0)

Formula 1 Azərbaycan Qran-Prisi çox uğurlu keçdi. Heç bir problemlə üzləşmədik. Altıncı Qran-Pridə "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen qalib oldu. Hər il müxtəlif qaliblər görürük. Bu dəfə də Azərbaycan Qran-Prisində “Bakı sindromu” qırılmadı".

Oxuməni.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Formula 1 Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

A.Rəhimov əvvəlcədən "Red Bull Racing" komandasını favorit saydığını söyləyib: "Mən fikirləşirdim ki, Maks Ferstappen, ya da onun komanda yoldaşı Serxio Peres qalib olacaq”.

Qeyd edək ki, Maks Ferstappen 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub.