Çempionlar Liqası: Mahir Emrelinin komandası bu gün cavab oyununa çıxacaq

Çempionlar Liqası: Mahir Emrelinin komandası bu gün cavab oyununa çıxacaq

26 İyul 2022 07:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.

Oxuməni.az xəbər verir ki,, ilk oyun günündə 6 qarşılaşma baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Şimali Makedoniyada "Şkupi"nin qonağı olacaq. Zaqrebdə 2:2 hesablı heç-heçə ilə başa çatmış ilk oyunu zədə səbəbindən buraxan 25 yaşlı forvard cavab matçında da meydana çıxmayacaq.

Digər matçlarda AEK (Larnaka) Kiprdə Danimarka "Midtüllann"ını, "Şerif" Moldovada Sloveniya "Maribor"unu qəbul edəcək. Həmçinin, Finlandiya HİK-i Çexiyada "Viktoriya" (Plzen) klubu, Bolqarıstan "Lüdoqorets"i İrlandiyada "Şemrok Rovers"lə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

26 iyul

19:30. AEK (Larnaka, Kipr) - "Midtüllann" (Danimarka)

İlk oyun - 1:1

21:00. "Şerif" (Moldova) - "Maribor" (Sloveniya)

İlk oyun - 0:0

21:00. "Viktoriya" (Plzen, Çexiya) - HİK (Finlandiya)

İlk oyun - 2:1

21:30. "Düdelanj" (Lüksemburq) - "Pünik" (Ermənistan)

İlk oyun - 1:0

23:00. "Şkupi" (Şimali Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 2:2

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Lüdoqorets" (Bolqarıstan)

İlk oyun - 0:3

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin digər cavab oyunları iyulun 26-də olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda 3:2 hesabı ilə məğlub etdiyi "Sürix"lə İsveçrədə üz-üzə gələcək.