"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

2 Avqust 2022 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" komandasının UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Oxuməni.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.

"Köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyə bilməsə, növbəti raundda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu halda "Qarabağ"ın ilk oyunu 18 avqustda evdə, cavab görüşü 25 avqustda səfərdə olacaq.

***

"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

"Köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü evdə oynayacaq.